Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koroğlunun skuteri, Cırtdanın ayaqqabısı - Etibar Cəbrayıloğlu yazır

Neçə gündür ki, dostlar, tanıdığım insanlar Şuşa-Xankəndi yolunda dinc aksiya keçirir. Qışın soyuğuna, şaxtasına baxmayaraq gecə-gündüz bilmədən möhkəm dayanıb tələblərini irəlin sürürlər.

Təbii sərvətlərimizin düşmən tərəfindən yağmalanmasına, qanunsuz istismarına qarşı başladılan bu aksiya iştirakçılarının fədakarlığı böyük rezonans doğurub. Müxtəlif siyasi baxışlı insanlarımızın ümummilli problem ətrafında sıx birləşmələrini görmək, həmrəyliyini hiss etmək necə də xoşdur!

Şuşa-Xankəndi yolundakı postunu digər həmfikirinə təhvil verib Bakıya qayıdan dostlarla görüşüb müzakirə aparır, təəssüratlarını öyrənirəm. Ordan-burdan söhbət edəndə görürəm ki, bəzi dostların bir para məsələlərdən heç xəbərləri yoxdur. Onlara deyirəm ki, Kukla Teatrında dövlətin xəzinəsini çapıb-talayıblar e! Düzdür, əvvəlcə inanmaq istəmirlər, deyirlər Divin Cırtdanı aldatmağa çalışmasında nə korrupsiya halları ola bilər axı?

Tam məlumatsızlıq. Bilmirlər axı Mədəniyyət Nazirliyinin başlatdığı yoxlama hansı nöqsanları ortaya çıxarıb. Qardaşlar, canım sizə desin, Kukla Teatrında Cırtdanın ayaqqabısını qəsdən böyük ölçüdə tikiblər ki, iqtisadi dayaqlarımızı sarsıtmaqla dövlətə küllü miqdarda ziyan vursunlar. Göyçək Fatmanın gizlədilməsi üçün nəzərdə tutulan təndirin materialı standartlara uyğun gəlmirmiş. Tıq-Tıq xanımın kuklasını qəsdən elə düzəldiblər ki, komissiya üzvləri hələ də tapa bilmirlər ki, Tıq-Tıq xanım oğlandır, yoxsa qız... Küpəgirən Qarıya bilə-bilə bahalı parçadan don tikdiriblər, boynuna Şakiranın taxdığı mirvari boyunbağı asıblar. Dovşanın yerkökü yemək məsələsinə də xalqı aldadıblar, araşdırmadan sonra məlum olub ki, teatr son illər bir kilo da olsa belə yerkökü almayıb...

Dostlarla müzakirədə bu sahədən məlumatlı adam kimi təkliflərimi də dilə gətirirəm. Deyirəm ki, qardaşlar, incəsənətdə, xüsusi ilə də teatrda müasir dünyanın çağırışlarına cavab verən islahatlar aparılmalıdır. Səhnə maşinisti-yəni səhnə fəhləsi işləyib teatrın direktoru vəzifəsinə qədər yüksələn kadrların hamısını qovmaq lazımdır. Xarici ölkələrdə idarəetmə üzrə təhsil alan dərman düzəldənləri, kredit mütəxəssislərini, artilleriya zabitini teatra direktor təyin etmək olar. Axı indi kosmos, informasiya texnologiyaları əsridir! Köhnə idarəçilik sistemi ilə teatr idarə etmək olmaz. Bu illər uzunu direktorların sənət məbədini necə dağıtdıqlarını gördük, limit bitdi artıq. Müasirliyi, innovativ idarəetməni qəbul etməyənləri qovmaq lazımdır. Bəsdir Koroğlunu atla səhnəyə çıxardılar, qardaşlar, indi at sürən var? Şəhərdə skuter əlindən tərpənmək mümkün deyil, nəyə görə indi Koroğlu səhnəyə skuterlə çıxmasın? Guya Koroğlu öz Nigarı ilə Çənlibeldə görüşür. Axı, indi nə bilək Çənlibel bu gün hansı ölkənin ərazisinə düşür? Köhnə fikirli teatr direktorlarının yanlış idarəçiliyi üzündən diplomatik qalmaqala düşək? Olmaz ki, Koroğlu Nigarla görüşmək üçün gözəllik salonuna və ya fitnes zalına getsin?

Köhnələr köhnə dövrdə qaldı, teatrlara müasir düşüncəli, yenilikçi kadrlar lazımdır. Söhbət elədiyim dost-tanışların gözlərindən görürəm ki, təkliflərimi bəyənirlər. Cəmiyyət də mənim düşüncələrimi qəbul edəcək yavaş-yavaş. (Bakıvaxtı.az)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar